0
Sunday 20 April 2014 - 10:19

"Ərdoğan prezident seçkilərində iştirakı barədə qərarı mayda qəbul edə bilər"

Story Code : 374713
"Ərdoğan prezident seçkilərində iştirakı barədə qərarı mayda qəbul edə bilər"
Trend "Hurriyet daily news" qəzetinə istinadən bu barədə Türkiyə baş nazirinin müavini Bülənt Arınç şənbə günü deyib.
Onun sözlərinə görə, əgər baş nazir dövlət başçısı postuna namizədliyini irəli sürsə, Türkiyə prezidenti Abdulla Gül baş naziri dəstəkləyəcək.
"Ümid edirik ki, avqustda keçirilən prezident seçkiləri partiyamızın növbəti uğuru olacaq", - Arınç deyib.
Türkiyədə prezident seçkiləri 2014-cü ilin avqustun 10-nə təyin olunub.
Comment