0
Monday 21 April 2014 - 15:56

İsveçrəli millət vəkili: İrana qarşı sanksiya yalnış siyasətdir

Story Code : 375454
İsveçrəli millət vəkili: İrana qarşı sanksiya yalnış siyasətdir
İsveçrəli millət vəkili: İrana qarşı sanksiya yalnış siyasətdir
Tehranda səfərdə olan altı nəfərdən ibarət isveçrəli parlamentarilərə rəhbərlik edən Luzi Stamm bu açıqlamanı bazar günü İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri Əlaəddin Burucerdi ilə görüşü zamanı etdi.

Stamm deyib ki, İsveçrə nümayəndə heyətinin İrana səfəri zamanı onlar İran cəmiyyəti haqqında reallıqları görüb anladılar və başa düşdülər ki, deyilən sözlər hamısı anti İran təbliğatının tərkib hissəsidir.

İsveçrəli millət vəkili Tehran və Bern arasında mövcud olan ikitərəfli əlaqələrinin daha da inkişaf etdirilməsini vurğulamış və demişdir ki, iki ölkənin parlamenti arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək.

Burucerdi isə öz növbəsində İran və İsveçrə arasında mövcud olan müsbət əlaqələrə toxunmuş və parlament də daxil olmqla bütün sahələrdə iki tərəfli əlaqələrin inkişafının mühümlüynə toxunmuşdur.

İranlı millət vəkili Avropa Parlamentinin bu yaxınlarda İranda insan hüquqları haqqında qətnamə qəbul etməsinə toxunmuş və demişdir ki, bu açıq və kobud şəkildə ölkənin daxili işlərinə müdaxilədir.

3 Aprel tarixində Avropa Parlamenti Avropa Birliyinin İrana qarşı strategiyası haqqında qətnamə qəbul edərək ölkədə insan hüquqlarının pozulması haqqında olan iddialardan narahat olduqlarını bildiriblər.

Burucerdi deyib: “İran müxtəlif ölkələr ilə qarşılıqlı hörmət, ümumi maraqlar və bir-birinin daxili işlərini qarışmadan əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdır.”
Source : İslamtimes
Comment