0
Tuesday 22 April 2014 - 16:29

Olland "erməni soyqırımını" yad edəcək

Story Code : 375470
Olland "erməni soyqırımını" yad edəcək
Kanada meydanında Komusatunun abidəsinin yanında təşkil olunacaq mərasim 24 apreldə saat 19.00-da keçiriləcək.
Erməni lobbisinin təsiri altında olan Fransanın prezidenti Fransua Olland da bu mərasimə qatılacaq. Ermənilər Olandın bu mərasimdə iştirakını yüksək qiymətləndirirlər və ermənipərəst prezidentin bu addımını dünya ictimaiyyətinin nəzərində "məzlum" ermənilərin müdafiəsi kimi təqdim edirlər.
Ermənilərin yaydığı müraciətdə deyilir: "Fransua Ollandın Suriyanın ermənilərin məskunlaşdığı Kesab qəsəbəsində etnik təmizlənmənin fonunda Ermənistana rəsmi səfəri, Türkiyə hakimiyyətinin "erməni soyqırımı"nı təkzib edən mövqeyinə əks reaksiyası kimi qəbul etmək olar. Bütün fransızları Komitas abidəsinin yanında təşkil ediləcək mərasimdə toplaşmağa çağırırıq" /ANS/.
Comment