QR CodeQR Code

Kanadanın səfirliyinin katibi Rusiyadan çıxarılıb

23 Apr 2014 07:30

IslamTimes - Rusiyanın Kanadadakı hərbi attaşesinin müavininin bir neçə gün əvvəl ölkədən çıxarılmasına cavab olaraq Moskva bu ölkənin səfirliyinin katibini Rusiyadan çıxarılıb.


APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” Rusiya XİN-dəki mənbəyə istinadən məlumat yayıb.
“Aprelin 22-də Kanadanın Moskvadakı diplomatik missiyasına səfirliyin katibi Marqarita Atanasovun 14 gün müddətində Rusiyadan çıxarılması barədə xəbərdarlıq edilib”, deyə mənbə bildirib.
“Bu addım Rusiyanın Kanadadakı hərbi attaşesinin müavininin bir neçə gün əvvəl ölkədən çıxarılmasına cavab olaraq atılıb”, deyə mənbə əlavə edib.


Story Code: 375623

News Link :
https://www.islamtimes.org/az/news/375623/kanadanın-səfirliyinin-katibi-rusiyadan-çıxarılıb

Islam Times
  https://www.islamtimes.org