QR CodeQR Code

Rusiya NATO sərhədini pozdu – F-16-lar havaya qalxdı

24 Apr 2014 07:43

IslamTimes - Rusiyaya məxsus iki bombardmançı təyyarə NATO-nun yaradıcısı olan ölkərdən biri – Hollandiyanın hava sərhədlərini pozub.


“Axar.az” xəbər verir ki, bu həyəcanlı anlarla əlaqədar Hollandiya müdafiə strukturu “Volkel” hərbi bazasından havaya təcili şəkildə iki F-16 qırıcı təyyarəsi qaldırıb. Məqsəd Rusiyanın TU-95 tipli bombardmançısını saxlamaqdı.
Hollandiya Müdafiə Nazirliyinin açıqlamasına görə, rus təyyarələri belə manevrlər etməklə Danimarka və Böyük Britaniyanın hava qüvvələrini izləyirlər.
Xatırladaq ki, Ukrayna hadisələri ilə əlaqədar Hollandiya aprelin 10-da NATO təlimləri çərçivəsində Rusiya ilə əməkdaşlığa xitam verib.


Story Code: 375903

News Link :
https://www.islamtimes.org/az/news/375903/rusiya-nato-sərhədini-pozdu-f-16-lar-havaya-qalxdı

Islam Times
  https://www.islamtimes.org