QR CodeQR Code

Siyasi analitik: ABŞ Ukraynanın müvəqqəti hökumətini idarə edir

Islamtimes , 24 Apr 2014 15:12

İslamtimes - Siyasi analitik deyir ki, Ukraynada baş verən münaqişədə Rusiyanın heç bir rolu yoxdur, ancaq bu münaqişədə ABŞ-ın əli var və o Kievdəki müvəqqəti hökuməti idarə edir.


Press TV-yə müsahibə verən Florida Atlanitk Universitetinin professoru James Tracy deyib: “Bu məsələdə Rusiya özünü çox səbirli apardı və mən fikirləşirəm ki, bu hadisələrdən əsas əziyyət çəkən məhz Ukrayna xalqıdır və halhazırda Kievdə mövcud olan rejim Qərbin qurduğu oyuncaq hökumətdir.”

Şərqi və cənubi Ukraynada baş verən etirazlara toxunan siyasi analitik deyib ki, Qərb özü günahkar olduğu halda Rusiyanı Ukrayna hadisələrində ittiham edir.
Tracy deyib: “Rusiya hadisələri qızışdırmır. Bunu edən Qərbdir. Məhz ABŞ-NATO aliyansı Rusiya torpaqlarına doğru genişlənirlər. Bu da əksər ukraynalılar tərəfindən başa düşülən bir həqiqətdir və bu səbəbdən də onların əksəriyyəti Qərbin bu addımına qarşı etiraz edir.”
O həmçinin Rusiyanın etirazları idarə etdiyi haqqında yayılan şayiələrə inanmadığını demiş və bildirmişdir ki, bu Qərbin növbəti təxribat planlarıdır.

Tracyinin açıqlaması bazar ertəsi günü Rusiya yönümlü təxminən 2 minə yaxın etirazçı Ukraynanın şərqində yerləşən Luhansk şəhərində müstəqil referendumun keçirilməsinə dəstək vermək məqsədi ilə nümayişlər təşkil etdikdən sonra gəldi.
Həftələrdir ki, Rusiya yönümlü etirazçılar şərqi Ukrayna şəhərlərində əsas hakimiyyət nümayəndəliklərini işğal edirlər.

Rusiya yönümlü etriazçılar əsas hökumət binalarını işğal etməyə davam etdikləri bir müddətdə Qərb və Rusiya Ukrayna mövzusunda fikir ayrılığında qalmağa davam edirlər.
Krım Ukraynadan ayrılaraq müstəqillik elan etdikədən və 16 mart tarixində keçirilən referendum nəticəsində Krımın Rusiya Federasiyasına birləşdirilməsindən sonra Qərb dövlətləri ilə Moskva arasında gərginlik artmağa davam etdi.


Story Code: 376330

News Link :
https://www.islamtimes.org/az/news/376330/siyasi-analitik-abş-ukraynanın-müvəqqəti-hökumətini-idarə-edir

Islam Times
  https://www.islamtimes.org