0
Wednesday 23 April 2014 - 20:32

Fransa: Suriya terrorçuların təlim-məşq bazasına çevrilir

Story Code : 376428
Fransa: Suriya terrorçuların təlim-məşq bazasına çevrilir
Fransa: Suriya terrorçuların təlim-məşq bazasına çevrilir

Fransa prezidenti Françios Hollande deyib ki, onun hökuməti çərşənbə günü Fransa vətəndaşlarının əl Qaidə terror şəbəkəsinə qoşulmasının qarşısını almaq üçün bir sıra ölçü tədbirləri həyata keçirəcək. Uol Street Journal-ın verdiyi məlumata əsasən Paris həmçinin Suriyada mövcud olan silahlı münaqişədə iştirak edərək geri ölkəyə qayıdan vətəndaşlara qarşı ağır cəza təbiq etməyi qərara alıb.

Holland çərşənbə axşamı günü jurnalistlərə müsahibəsində deyib: “Hökumət vətəndaşların onlara aid olmayan yerlərə gedərək döyüşməsinin qarşısını almaq üçün bütün ölçü tədbirlərindən istifadə edəcək.”

Münaqişənin terrorçuları cəlb etməkdə bir vasitəyə çevrildiyini və Avropa pasportu daşıyan şəxslərin daha da radikallaşmasını məqsəd güddüyünü deyən Fransa rəsmisi Suriyada 500-dən çox Fransa vətəndaşının döyüşdüyünü deyib.

Yeni ölçü tədbirləri sayəsində Fransa hökuməti ölkə daxilində insanları terror qruplarına cəlb edən ekstremist qruplara məxsus olan veb səhifələrin monitorinqini aparacaq.

Holland həmçinin deyib: “Hökumət rəsmiləri ekstremist fikirlərə sahib olan gənclərin ailələri ilə də xüsusi işlər aparacaq.”

Xarici işlər naziri Laurent Fabius çərşənbə axşamı günü deyib: “Biz bütün bunları aydınlaşdırmalıyıq, məxsusən də bu dəhşətli faciənin tərkibinə çevrilmiş gənclər haqqında tədbir görməliyik.”
Fransa polisi artıq Suriyadan Fransaya qayıdan bir sıra fransız vətəndaşını ölkədə terror hücumu həyata keçirmək şübhəsi ilə həbs edib.

Övladı Suriyaya Bəşər Əsəd hökumətinə qarşı döyüşməyə gedən gəncin atası Lassouri Ben Hamouda Hallondın bu qərarını alqışladığını bildirib.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.
Məlumat və faktlara əsasən Qərb dövlətləri və onların regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Suriya hökumətinə qarşı döyüşən ekstremsit üsyançıları dəstəkləyirlər.
Source : Islamtimes
Comment