QR CodeQR Code

Siyasi analitik: ABŞ-ın Ukraynadakı siyasəti əks nəticə verəcək

Islamtimes , 25 Apr 2014 16:34

İslamtimes - ABŞ Ukrayna daxili işlərinə qarışdığı üçün əvəz verəcək.


Cümə axşamı günü Press TV-yə müsahibə verən Villiam Biman deyib ki, Vaşinqton heç vaxt Ukrayna münaqişəsinin ilk mərhələsində əli olduğu faktı inkar edə bilməz.
Analitik deyib: “Bu onu göstərir ki, sizin xarici siyasətiniz heç vaxt əks nəticəsiz qalmır. Bu daha sonra sizə qarşı istifadə ediləcək.”

Bima əlavə edərək deyib ki, ABŞ Ukraynanın şərqində olan Rus əhalisi qarşısında nüfuzunu itirib.
Siyasi şərhçi əlavə edərək deyib ki, Ukraynada mövcud olan etnik ruslar ABŞ-ın 2004-cü ildə Ukraynada “Qızılgül İnqilabına” verdiyi dəstəyi yaxşı xatırlayırlar.
Bima deyib: “Bu inqilab yenicə devrilmiş hakimiyyəti hökumətə gətirmişdir. Ukraynanın şərqində yaşayan rus dilli əhali bu inqilab zamanı çox əziyyətlər çəkmişdilər və o zaman bir çox təxribatlar baş vermişdir.”

Rusiya xarici işlər naziri Serqey Lavrov cümə günü deyib ki, ABŞ Ukrayna münaqişəsinin qarşısını almağı məqsəd güdən Cenevrə razılaşmasını pozur.
17 Aprel tarixində Ukraynanın müvəqqəti hökuməti ABŞ, Rusiya və Avropa Birliyi ilə İsveçin Cenevrə şəhərində bütün tərəfləri münaqişəni dayandırması haqqında razılığa gəldilər.
Rusiya nazirinin bu açıqlaması ABŞ dövlət katibi Con Kerrinin Rusiyanı Cenevrə razılaşmasını pozmaqda və Ukraynanın cənub və şərqində vəziyyəti gərginləşdirməkdə ittiham etdikdən sonra gəldi.

Krım Ukraynadan ayrılaraq müstəqillik elan etdikdən və 16 mart tarixində referendum təşkil edərək Rusiya Federasiyasına birlşəməsini elan etdikdən sonra Qərb ilə Moskva arasında gərginlik artmağa davam etdi.


Story Code: 376649

News Link :
https://www.islamtimes.org/az/news/376649/siyasi-analitik-abş-ın-ukraynadakı-siyasəti-əks-nəticə-verəcək

Islam Times
  https://www.islamtimes.org