QR CodeQR Code

Əfqanıstanda 5 ingilis hərbçisi həlak oldu

27 Apr 2014 06:40

IslamTimes - Britaniya Müdafiə Nazirliyi: "Araşdırma aparılır, biz hələ ki, həlak olanların ailəsinə xəbər verməmişik"


Əfqanıstanın cənubunda helikopter qəzası nəticəsində Böyük Britaniyanın beş hərbçisi həlak olub.
ANS PRESS-in məlumatına görə, helikopterə atəş açılmadığı ehtimal edilir, o, sadəcə uçuş zamanı qəzaya düşüb.
Hadisə Qəndəhardan 45 kilometr aralıda yerləşən Taxtapul dairəsində baş verib.
"Araşdırma aparılır, biz hələ ki, həlak olanların ailəsinə xəbər verməmişik",- deyə Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Story Code: 376784

News Link :
https://www.islamtimes.org/az/news/376784/əfqanıstanda-5-ingilis-hərbçisi-həlak-oldu

Islam Times
  https://www.islamtimes.org