QR CodeQR Code

İraqda keçiriləcək seçkiyə hazırlıq işləri tamamlanıb

28 Apr 2014 11:22

IslamTimes - Artıq ölkənin bütün seçki məntəqələrində seçki qutuları sayılaraq işarələnib.


İraqda iki gün sonra keçiriləcək parlament seçkiləri ilə əlaqədar hazırlıq işləri tamamlanıb. Artıq ölkənin bütün seçki məntəqələrində seçki qutuları sayılaraq işarələnib. Rəsmilər, həmçinin, prosesin təhlükləsiz şəkildə baş tutması üçün təhlükəsizlik tədbirlərini də gücləndiriblər.
Siyasi ekspertlərin şərhinə görə seçkilərdə baş nazir Nuri əl-Malikinin "Qanun Dövləti" partiyasının qələbə şansı daha çoxdur. Bununla belə ekspertlər seçkilərdə nəticələrin həqiqəti nə dərəcədə əks etdirəcəyi barədə şərh verməkdən çəkiniblər.
Ölkənin baş nazir müavini Saleh əl-Mütləq seçkilər zamanı korrupsiya halları ilə bağlı xəbərdarlıq edib.
"Rüşvətxorların qarşıdan gələn seçkilərdə böyük təsiri ola bilər. Çünki onlar kasıb ailələrdən səsləri satın alıblar. Təəssüf ki, bu ailələr öz söz haqlarını satıblar".
Seçkilərdə 9000-dən çox namizəd 328 yer uğrunda mübarizə aparacaq.


Story Code: 376977

News Link :
https://www.islamtimes.org/az/news/376977/iraqda-keçiriləcək-seçkiyə-hazırlıq-işləri-tamamlanıb

Islam Times
  https://www.islamtimes.org