QR CodeQR Code

Siyasi analitik: Rusiyaya qarşı sanksiyalar Avropa Birliyinə ziyan vurur

Islamtimes , 27 Apr 2014 14:24

İslamtimes - Siyasi analitik ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təmamilə yalan bəhanələrə əsaslandığını deyib və xəbərdarlıq edərək bildirib ki, bu sanksiyalar ABŞ-dan daha çox Avropa Birliyinə mənfi təsirlər göstərəcək.


Press TV-yə müsahibə verən Beynəlxalq Hərəkat Mərkəzinin rəhbəri Sara Flounders deyib: “Avropa Birliyinin Rusiya ilə ticarəti ABŞ-ın Rusiya ilə ticarətindən 15 dəfə çoxdur və bəliklədə bu Avropa Birliyinə daha çox təsir edici ziyan vuracaq.”

Avropa Birliyinin Rusiyaya qarşı daha çox sanksiya tələb etməsi çox təhlükəli söz müharibəsidir.

O izah edərək bildirib ki, ABŞ və NATO Qara Dəniz sahillərinə daha çox ordu qüvvələri və hərbi gəmiləri yerləşdirirlər və ABŞ-ın Avropa Birliyində olan müttəfiqlərini Rusiyaya qarşı daha çox sanksiya tətbiq etməsini tələb edir.

Şərhçi həmçinin deyib ki, ABŞ-ın Avropada mövcud olan müttəfiqləri elə hesab edirlər ki, Moskvaya qarşı sanksiyalar onların maraqları tərkibindədir.

Flounders deyib ki, ABŞ qiymətləri yüksək saxlamaqla və yeni bazar axtarışında olmaqla çox təhlükəli siyasət yeridir.

Analitik qeyd edərək bildirib: “Qərb sanksiyalar vasitəsilə Rusiya, İran və digər ölkə bazarlarını bağlamaq istəyir. Bu Qərbin ticarəti dayandırmaq və dünya ticarətini öz əllərinə alaraq inhisar halına gətirmək üçün tətbiq etmək istədikləri siyasətdir.”

Onun bu açıqlaması Avropa Birliyindəki mənbənin anonim şəkildə Birliyin yaxın gələckdə Rusiyaya qarşı sanksiyaları genişləndirmək fikrində olduğunu dedikdən sonra gəldi.

Krım Ukraynadan müstəqillik elan etdikdən sonra 16 mart tarixində referendum təşkil edərək Rusiya Federasiyasına qoşulduğunu elan edib.
Bir gün sonra Belçikanın paytaxtı Brusseldə təşkil edilən görüşdən sonra Avropa Birliyi xarici işlər nazirləri 13 rus vətəndaşına və Krımdan olan 8 nəfərə səfər qadağası tətbiq etmiş və bank hesablarını dondurmuşdur.


Story Code: 377109

News Link :
https://www.islamtimes.org/az/news/377109/siyasi-analitik-rusiyaya-qarşı-sanksiyalar-avropa-birliyinə-ziyan-vurur

Islam Times
  https://www.islamtimes.org