QR CodeQR Code

Misirdə edam məhkumlarının sayı 1212 oldu

29 Apr 2014 07:31

IslamTimes - Misir məhkəməsi fəaliyyəti qadağan olunmuş “Müsəlman qardaşları” təşkilatının 683 üzvünü, o cümlədən təşkilatın rəhbəri Məhəmməd Bədiəni ölüm cəzasına məhkum edib.


Bütün ittiham olunanlar ötən il baş verən toqquşmalar zamanı Əl-Minya şəhərində polis məntəqəsinə hücumun təşkil olunmasında təqsirli biliniblər.
Bu, ilk belə hal deyil. Ötən ay da “Müsəlman qardaşları”nın 529 üzvü iğtişaşların törədilməsində təqsirləndirilərək ölüm cəzasına məhkum edilmişdi. Ötən gün onlardan 492 nəfərinin işinə yenidən baxılıb və ölüm cəzaları ömürlük həbslə əvəz olunub.
Bu məsələdə ziddiyyətli məqam odur ki, “Müsəlman qardaşları” hakimyyətə seçki yolu ilə gəlmişdilər, lakin onlar hərbi çevrilişlə devrildilər. Bunun ardınca isə ölkənin qanuni prezidenti və onun çoxsaylı tərəfdarları həbsə salındılar.
İndi Misir məhkəməsi sabiq prezidenti ağır ittihamlarda təqsirləndirdiyi kimi, onun tərfdarlarına da ağır cəzalar tətbiq edir. “Müsəlman qardaşları” isə indi Misirdə terrorçu təşkilat kimi tanınır. /anspress /


Story Code: 377360

News Link :
https://www.islamtimes.org/az/news/377360/misirdə-edam-məhkumlarının-sayı-1212-oldu

Islam Times
  https://www.islamtimes.org