0
Tuesday 29 April 2014 - 23:50

“Freedom House”dan Leyla Yunusla bağlı bəyanat

Story Code : 377721
“Freedom House”dan Leyla Yunusla bağlı bəyanat
Bəyanatda bildirilir ki, aprelin 28-də Leyla Yunus həyat yoldaşı ilə xaricə getmək istəyərkən geri qaytarılıblar. Polis əməkdaşları Leyla Yunusa qarşı insan şəxsiyyətini aşağılayıcı hərəkətlərindən belə çəkinməyiblər. Baş verən hadisə nəticəsində həyat yoldaşı xəstəxanaya yerləşdirilib. “Freedom House”nin prezidenti Devid Kremer bildirib ki, Azərbaycan hökuməti ictimai və siyasi fəalların susdurulması kampaniyasını davam etdirir. O daha sonra bildirib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edəcəyi ərəfədə baş verməsi dəhşətli bir şeydir. /Azadliq/
Comment