QR CodeQR Code

Putin ABŞ və AB-yə sanksiya tətbiq edəcək

30 Apr 2014 18:24

IslamTimes - “Hökumət ABŞ və AB-yə cavab verilməsi üçün bəzi qarşı sanksiyalar təklif etdi, amma mən hələlik belə bir şeyə ehtiyac olduğunu düşünmürəm”.


“Axar.az” xəbər verir ki, Putin bunu Belarusiyanın paytaxtı Minskdə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O, yalnız Qərbin bu rəftarlarında israrlı olacağı təqdirdə cavab verəcəyini bildirib:
“Əgər belə hadisələr davam etsə, biz də Rusiyada enerji sahəsi başda olmaq üzrə ən vacib sahələrdə kimin nə bacardığını düşünmək məcburiyyətində qala bilərik”.
Putin ABŞ-ın birinci sanksiya paketinı dostca olmayan və Rusiya-ABŞ əlaqələrini iflasa uğradan bir hücum olaraq qiymətləndirib, ikinci sanksiya paketinin səbəbini isə anlamadığını bildirib.
Rusiya prezidenti həm də Ukraynada yaşananların Rusiya ilə heç bir əlaqəsinin olmadığını irəli sürüb:
"Həmkarlarımız Ukrayna böhranının həllində güc istifadə etməyi seçdi və sonra bunun hara apardığının fərqinə vardı. İndi isə günahkar axtarırlar. Amma Rusiyanın bununla əlaqəsi yoxdur”.


Story Code: 377994

News Link :
https://www.islamtimes.org/az/news/377994/putin-abş-və-ab-yə-sanksiya-tətbiq-edəcək

Islam Times
  https://www.islamtimes.org