0
Wednesday 30 April 2014 - 23:04

Nikaraqua: Qərb Rusiyaya qarşı səhv addım atır

Story Code : 378110
Nikaraqua: Qərb Rusiyaya qarşı səhv addım atır
Nikaraqua: Qərb Rusiyaya qarşı səhv addım atır
Orteqa çərşənbə axşamı günü Nikaraquanın paytaxtı Manaquada Rusiya xarici işlər naziri Serqey Lavrov ilə görüşü zamanı deyib: “Təmamilə aydındır ki, ABŞ və Avropa Birliyinin sanksiya və təziq ilə mövqeyi bütünlükdə yalnışdır.”

O əlavə edərək deyib ki, Ukraynada mövcud olan münaqişənin beynəlxalq qanunlar əsasında sülh yolu ilə həll edilməsinə çalışıldığı bir vaxtda bu sanksiyalar regionda böyük qeyri stabilliyə və təhlükəyə səbəb olacaq.

Nikaraqua prezidenti həmçinin keçmiş Sovet ölkəsi olan Ukraynada mövcud olan münaqişəyə son qoymaq üçün Cenevrədə əldə edilmiş razılığın yerinə yetirilməsini tələb edib.
17 Aprel tarixində Kievin müvəqqəti hökuməti ABŞ, Rusiya və Avropa Birliyi ilə İsveçrənin Cenevrə şəhərində Ukraynada mövcud olan münaqişə haqqında razılığa gəliblər. Razılığa əsasən hər bir tərəf şərqi Ukraynada mövcud olan münaqişəni sakitləşdirməlidirlər.

Buna baxmayaraq bir neçə gün bundan əvvəl Kiev hökuməti şərq və cənub regionlarında Rusiya yönümlü nümayişçilərin qarşısını almaq üçün anti terror əməliyyatları adlandırdığı əməliyyatlar başlanılması haqqında əmr verib.

28 Aprel tarixində Ağ Ev bəyanatında həmçinin deyilir ki, Vaşinqton yeddi yüksək vəzifəli Rusiya rəsmilərinə və Rusiya prezidenti Vladimir Putinə bağlı olan 17 şirkətə sanksiyalar tətbiq edib.

Eyni gündə Avropa Birliyi də 15 Rusiya və Ukryanadan olan Rusiya yönümlü şəxslərə səyahət qadağası tətbiq edib və onların əmlakları dondurulub.
Source : Islamtimes
Comment