0
Tuesday 21 September 2010 - 15:46

Amerikanlar əfqanları öldürməklə əylənirmiş

Story Code : 37815
Amerikanlar əfqanları öldürməklə əylənirmiş
Amerikanlar əfqanları öldürməklə əylənirmiş
Əfqanıstanda vəzifə yerinə yetirən Amerikan əsgərlər, əylənmək üçün atəş açaraq vətəndaşları öldürməkdə günahlandırıldı.
ABŞ-da dərc olunan "Vaşinqton Post" qəzetinin bəzi mənbələrə istinadən verdiyi xəbərə əsasən Amerikan əsgərlərin bir çoxu bu cinayətə əl atıb.
Qəzetdə bu hadisənin rövnəq almasına səbəb kimi bir əfqanın Məhəmməd Kalay kəndində Amerikan əsgərə yaxınlaşarkən, digər əsgərlərin bu şəxsin Amerikan hərbçini öldürmək istəməsini güman edərək onu qətlə yetirməsindən sonra baş verib.
ABŞ əsgərləri cəsədləri parçalayaraq kəllə sümüklərini saxlayıb fotoşəkil çəkdikləri bildirilir.
Xəbərdə, sadəcə Yanvar və May ayları arasında 5 amerikalı əsgərin Qəndəharda ''əylənmək üçün'' 3 cinayət törətdiyi, və 7 əsgərin də bu hadisədə şərik olduğu məlumat verilir. Vaşinqton Post qəzeti məhkəmənin ilkin araşdırmalardan sonra əsgərlərin əsasən ''əylənmək məqsədiylə'' bu cinayətləri törətdiyini ortaya çıxardığını bildirir.
Əsgərlərin isə vətəndaşları heç bir səbəb olmadan öldürdüklərini inkar etdikləri bildirilir.
Comment