QR CodeQR Code

İran: ABŞ-ın terror siyahısı siyasiləşdirilib və ikili standartlara əsaslanır

Islamtimes , 1 May 2014 23:24

Islamtimes - İran ABŞ-ın Tehranı terrorizmə dəstək verən ölkələr siyahısında yerləşdirməsini rədd etmiş və bildirmişdir ki, bu hesabat ikili standartlara əsaslanır.


İran xarici işlər nazirliyi ABŞ dövlət departamentinin çərşənbə günü dərc etdiyi hesabatda Kuba, İran, Suriya və Sudanı terrorizmə dəstək verən ölkələr kimi təqdim etməsinə reaksiya verib.

İRNA xəbər agentliyi tərəfindən nazirliyin sözçüsü Mərziyyə Əfxəmə istinad edilərək deyilib ki, İranın terror dəstək verən dövlət kimi təqdim edilməsi siyasiləşdirilib və ikili standartlara əsaslanır.

O ABŞ-ı tənqid edərək Vaşinqtonu anti terror niyyətləri haqqında sorğu-sual edib. Əfxəm ABŞ pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olan xeyli sayda insanları xatırlamış və əlavə edərək demişdir ki, ABŞ sionist İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərinə göz yumur.

Hesabatda İranın terrorizmə dəstək verən dövlət kimi təqdim edilməsinə səbəb kimi İranın Suriya hökumətini xaricdən dəstək alan təkfirçi üsyançılara qarşı mübarizədə dəstəkləməsi və maliyyə yardımı etməsidir.


Story Code: 378677

News Link :
https://www.islamtimes.org/az/news/378677/iran-abş-ın-terror-siyahısı-siyasiləşdirilib-və-ikili-standartlara-əsaslanır

Islam Times
  https://www.islamtimes.org