0
Saturday 3 May 2014 - 08:09

Nazir: Türkiyə İraq neftinin satışına kömək etməyə hazırdır

Story Code : 378735
Nazir: Türkiyə İraq neftinin satışına kömək etməyə hazırdır
Trend "Anadolu" agentliyinə istinadən bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız cümə günü bildirib.
Nazirin sözlərinə görə, İraqın Kürd muxtariyyətindən olan neft tədarükü Türkiyəyə bərpa olunub.
"Nəqlin həcmi gündə 100 min barelə bərabərdir", - nazir bildirib.
O, əlavə edib ki, neft İraqa məxsusdur, Türkiyə isə yalnız satış prosesinə kömək edir.
"Satışdan gəlirlər sabitliyə və regionun rifahına müsbət təsir edəcək", - Yıldız deyib.
Bundan öncə Yıldız bəyan edib ki, İraqın şimalından Türkiyəyə neft tədarükü üçün yeni boru kəməri və terminal tikiləcək.
Planlaşdırılır ki, terminal Adana vilayətinin Yumurtalıq rayonunda tikiləcək.
Terminal Türkiyənin "Starpet" şirkəti tərəfindən tikiləcək və bu layihəyə investisiyalar 120 milyon dollar təşkil edəcək.
Comment