QR CodeQR Code

Sülhün bərqərarii naminə mübarizə iddiası ağ yalandır

IRIB , 22 Sep 2010 14:43

İslamtimes - Zorakı qüvvələrin sülhün bərqərar edilməsi naminə iddiası ağ yalandır . Iran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bu bəyanatla çıxış edib.


Amerikanın 15 müxtəlif ştatından Nyu-Yorkda bir araya gələn sülhü müdafiə və anti-müharibə qrupların toplantısında bu fikri səsləndirən Mahmud Əhmədinejad bildirib : Qeyri bərabər mübarizələrdə insan və insanlıq birinci ünsür olaraq zavala uğrayır.”



İran prezidenti bu görüşdə irəli sürdüyü bu fikirlərinə İraq və Əfqanıstan müharibələrinə aydınlıq gətirərək deyib : Bu iki müharibə bir milyon nəfərdən çox insanın həyatına son qoyub , çoxlu sayda insan yaralanıb , hətta günahsız insanların inkişafına əngəl törədildi . Belə bir şəraitdə təravət və yaşam öz yerini narahatlıq və ağrilə dəyişdi.

Əhmədinejad nitqinin digər hissəsində Allaha iman , ədalətə inam və ədalətin bərqərar sahəsində səyi , cəmiyyətdə ədalətin bərqərarı sahəsində 3 önəmli fakt sayıb.

Əhmədinejadın qənaətincə əhatəli mübarizə və hər tərəfli cəhd olmayan bir toplumda ədalət bərqərar oluna bilməz.


Story Code: 37885

News Link :
https://www.islamtimes.org/az/news/37885/sülhün-bərqərarii-naminə-mübarizə-iddiası-ağ-yalandır

Islam Times
  https://www.islamtimes.org