QR CodeQR Code

“Repressiv rejimə etibar eləmək səhv idi”

4 May 2014 13:40

IslamTimes - “Avropa Stabillik Təşəbbüsü” AŞ PA üzvlərinə Azərbaycanda siyasi məhbus problemilə bağlı məktub göndərdi


«Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə hazırlaşdığı bir dövrdə bu ölkədə siyasi məhbusların sayı heç vaxt olmadığı qədər çoxdur»
“Avropa Stabillik Təşəbbüsü” təşkilatının rəhbəri Gerald Knaus Azərbaycanda insan haqlarının acınacaqlı durumu, xüsusən siyasi məhbus probleminin kəskinləşməsilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının üzvlərinə məktub göndərib. Knaus AŞ PA üzvlərini Azərbaycandakı vəziyyətlə əlaqədar təcili tədbir görməyə çağırır.
Məktubda eyni zamanda, ötən ilin yanvarında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi Kristof Ştrasserin hazırladığı qətnamə layihəsinin qəbul olunmaması “Azərbaycanda siyasi məhbus probleminin dərinləşməsinə rəvac verən böyük bir yanlışlıq” kimi dəyərləndirilir. /Azadliq/


Story Code: 379120

News Link :
https://www.islamtimes.org/az/news/379120/repressiv-rejimə-etibar-eləmək-səhv-idi

Islam Times
  https://www.islamtimes.org