0
Thursday 23 September 2010 - 08:09

Türkiyə bütün məsələlərdə Azərbaycanladır

Story Code : 37966
Türkiyə bütün məsələlərdə Azərbaycanladır
Türkiyə bütün məsələlərdə Azərbaycanladır
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyə həmişə rəsmi Bakını dəstəkləyir. Azərbaycanın problemi Türkiyənin problemidir". Bunu ANS-ə açıqlamasında Türkiyənin müdafiə naziri Vecdi Gönül deyib.
“Azərbaycanda hər hansısa bir qarşıdurmanın olmasından asılı olmayaraq, əlimizdən gələn qədər Azərbaycana kömək etməyə hazırıq. Qarabağ problemi insanlığın və siyasətin bir üzqarasıdır, çünki bu, beynəlxalq təşkilatların, BMT-nin tanıdığı sərhədlərin heç bir səbəb olmadan, heç bir beynəlxalq hüquqa əsaslanmadan pozulmasıdır. Bu da Türkiyədə ciddi narahatlıq yaradır", deyə Türkiyənin müdafiə naziri bildirib.
V. Gönül həmçinin Türkiyənin hər bir zaman Azərbaycanın yanında olacağını xüsusi vurğulayıb: "Sizin torpaqlarınızın 20 faizi beynəlxalq hüquq normalarına zidd olaraq işğal edilib. Azərbaycanın bir milyona yaxın qaçqını var, onlar bizim qardaşlarımızdır və onların problemi bizim problemimizdir. Bütün məsələlərdə Azərbaycanın yanındayıq”.
Comment