QR CodeQR Code

“Ukrayna Əfqanıstan deyil”

7 May 2014 07:40

IslamTimes - Ukrayna Əfqanıstan deyil. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.


O, Ukrayna ilə bağlı böhranın müzakirəsi üçün ikinci dəfə Cenevrə konfransının keçirilməsini zəruri hesab etməyib:
"Ukrayna ətrafında yaranan böhrandan çıxış yolu üçün lazımı olan təkliflərimizi irəli sürmüşük. Artıq aprel ayının 17-də görüş keçirilib. Əgər burada Ukraynanın hazır ki, iqtidarına müxalifət iştirak etməyəcəksə heç bir irəliləyişdən danışmağa dəyməz".
Qeyd edək ki, Cenevrədə II Beynəlxalq Konfransın keçirilməsi təklifini Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer edib. O, bunula bağlı Avropa İttifaqının xarici siyasət rəhbəri Ketrin Eşton, ABŞ dövlət katibi Con Kerri və ATƏT-lə razılaşma əldə olunduğunu demişdi.


Story Code: 379958

News Link :
https://www.islamtimes.org/az/news/379958/ukrayna-əfqanıstan-deyil

Islam Times
  https://www.islamtimes.org