0
Monday 5 May 2014 - 13:23

Amerikanın CİA və FBİ əməliyyatçıları Kievə kömək etmək üçün Ukraynadadırlar

Story Code : 380050
Amerikanın CİA və FBİ əməliyyatçıları Kievə kömək etmək üçün Ukraynadadırlar
Amerikanın CİA və FBİ əməliyyatçıları Kievə kömək etmək üçün Ukraynadadırlar
Almaniyaya məxsus Bild qəzetinin bazar günü verdiyi məlumata əsasən ABŞ-ın CİA cəsus agentliyindən olan cəsuslar yerli kəşfiyyat agentləri ilə birlikdə halhazırkı Kiev hökumətinə birləşmiş cinayət ilə necə mübarizə aparmağın və ölkənin şərqində baş qaldırmış etirazları yatırtmağın yolları haqqında məsləhətlər verirlər.

Məlumatda həmçinin deyilir ki, amerikalı komanda da maliyyə cinayətlərini araşdırır və çalışır ki, Viktor Yanukoviçin prezidentliyi dövründə xaricə çıxarılmış pulların izinə düşsün.
Məlumata əsasən CİA rəhbəri Con Brennan aprel ayının ortalarında Kievə səfər etmiş və fəaliyyətdə olan baş nazir Arseniy Yatsenyuk və birinci vitse prezident Vitali Yarema ilə görüşərək ABŞ informasiyasının təhlükəsiz yolla Ukraynaya çatdırılmasının yollarını müzakirə etmişdilər.

ABŞ dövlət departamentinin sözçüsü Cen Psaki deyib ki, Brennanın Kiev səfərində heç bir qeyri adi bir şey yoxdur və CİA rəhbəri çevriliş nəticəsində yaranmış hökumətə Ukrayna daxilində taktiki əməliyyatlar keçirmək üçün yardım təklif etməyib.
Ancaq Brennanın səfərindən sonra devrilmiş Ukrayna prezidenti Viktor Yanukoviç CİA rəhbərinin Kievə səfərinə şərh verərək deyib ki, bu yeni hökumətin Slavyanskda etirazçılara qarşı zorakılığın ilkin mərhələsi üçün icazə idi.
Yanukoviç deyib: “Brennan silah-sursatdan istifadəyə icazə verərək qan tökülməsini həvəsləndirdi.”

Bildin açıqlaması ABŞ prezidenti Barak Obamanın Vaşinqtonun Ukrayna münaqişəsinə müdaxilə etmək haqqında niyyəti olmadığını bildirdikdən sonra gəldi.
Obama cümə günü Ağ Evdə Almaniya Kansleri Angela Merkel ilə görüşdən sonra bildirib: “Biz həmçinin amerikalıların Ukrayna münaqişəsinə səbəbkar olduqlarını bildirən bəzi iddia və məlumatlar ilə tanış olmuşuq. Mən deməliyəm ki, bizim Ukrayna üçün maraqlarımız sadəcə Ukraynanın özünün qərar qəbul etməsinə şərait yaratmaqdır. ”
Source : Islamtimes
Comment