QR CodeQR Code

Moskva Ukraynadakı seçkiləri legitim sayması üçün şərtlərini açıqladı

8 May 2014 12:28

IslamTimes - Rusiya prezidentinin mətbuat katibi Dmitdri Peskov Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərinin legitimliyinin tanınması üçün Rusiyanın şərtlərini açıqlayıb.


Musavat.com-un Rusiya KİV-ə istinadən vedriyi məlumata görə, Peskov deyib: “Əgər Ukraynanın şərqində federallaşma tərəfdarları Putinin çağırışına əməl edib referendumu təxirə salsalar, Kiyev isə döyüş əməliyyatlarını dayandırıb dialoq üçün mexanizmi işə salsa, o zaman bu, Ukraynanı yalnız pisləşməyə meylli olan situasiyadan çıxara bilər”.
 
Onun sözlərinə görə, hazırda Kreml Kiyev hakimiyyəti ilə danışıqlar aparmır və Putinin “referendum”un vaxtını dəyişmək çağırışı da “Kiyevə yox, Ukrayna xalqına əl uzatmaq üçün atılan addımdır”.


Story Code: 380309

News Link :
https://www.islamtimes.org/az/news/380309/moskva-ukraynadakı-seçkiləri-legitim-sayması-üçün-şərtlərini-açıqladı

Islam Times
  https://www.islamtimes.org