0
Friday 9 May 2014 - 13:21

Fransa ilə Türkiyə arasında bayraq qalmaqalı

Story Code : 380731
Fransa ilə Türkiyə arasında bayraq qalmaqalı
ANS PRESS-in xəbərinə görə, FN broşürdə Türkiyə bayrağı əvəzinə Fransanın keçmiş müstəmləkəsi olan Tunisin bayrağını nümayiş etdirib.
Fransada nəşr olunan “Le Figaro” qəzeti isə bu səhvi öz facebook səhifəsində əməlli-başlı ələ salıb. Səhifə, özünü dünyanın ən tanınmış geosiyasi mütəxəssisi kimi tanıdan FN namizədi Emerik Şopradın (Aymeric Chauprade) əvəzinə adi bir sosial şəbəkə istifadəçisinin bu səhvi görərək xəbər verməsini vurğulayıb
Qeyd edək ki, səhvin bilinməsindən sonra broşürdəkiı Tunis bayrağı Türkiyə bayrağı ilə əvəzlənib.
Mayın 4-də “Atlantico” adlı xəbər saytına müsahibə verən Şoprad sabiq prezident Nikolas Sarkozi ilə rəsmi Brüsseli Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələri yenidən başlatdığı üçün tənqid etmişdi.
Comment