0
Saturday 10 May 2014 - 08:34

Fəthullah Gülən sözünün üstündə dayanmadı

Story Code : 381024
Fəthullah Gülən sözünün üstündə dayanmadı
“Xidmət” hərəkatının lideri Fəthullah Gülənin 2000-ci ildə yazdığı kitabda heç kimi məhkəməyə verməyəcəyinə dair söz verdiyi məlum olub.
ANS PRESS-in yerli mətbuata istinadən verdiyi xəbərə görə, 17 dekabrdan sonra Fəthullah Gülənin jurnalistlərə qarşı təzminat tələbi ilə məhkəməyə 600-dən çox müraciəti olduğu məlum olub.
Məlumata görə, bu məhkəmə iddiaları üçün yüzminlərlə lirə pul xərcləyən Gülənin, bu müraciətlərin əksəriyyətindən heç bir nəticə əldə etməyib.
Bundan başqa F. Gülən yazdığı kitablardan birində heç kimi məhkəməyə verməyəcəyni də ifadə edib.
2000-ci ildə “Nil” nəşriyyatından çıxan, F. Gülənin müəllifi olduğu “İşığın gördüyü üfüq” kitabının 217-ci səhifəsində, “Allaha aid hüquqa qarışa bilmərəm, mənə aid heç bir haqqdan ötrü heç kimi məhkəməyə verməyəcəyimə söz verirəm” – yazılıb.
Comment