QR CodeQR Code

Rasmussen: Putinin Kırıma səfəri yersizdir

10 May 2014 09:31

IslamTimes - NATO-nun baş katibi Anders Foqts Rasmussen Krımın Rusiyaya birləşdirilməsindən sonra Vladimir Putinin yarımadaya səfərini sərt tənqid edib.


Musavat.com-un Rusiya xəbər mənbələrinə istinadən verdiyi məlumata görə, Estoniyanın paytaxtı Tallində mətbuat nümayəndələrinin suallarını cavablandıran Rasmussen, indiyə qədər Rus əsgərlərinin Ukrayna sərhədindən geri çəkildiyini təsdiqləyəcək heç bir əlamət olmadığını bildirib.
Bundan başqa baş katib, prezident Putinin Krıma bugünkü səfərinin yersiz hərəkət olduğunu vurğulayıb. O qeyd edib ki, Putinin Krıma səfəri regiondakı gərginliyi daha da artıracaq.


Story Code: 381025

News Link :
https://www.islamtimes.org/az/news/381025/rasmussen-putinin-kırıma-səfəri-yersizdir

Islam Times
  https://www.islamtimes.org