0
Friday 9 May 2014 - 14:10

Amerikalı nümayəndə: Məskunlaşma fəaliyyəti səbəbindən İsrail yəhudi kimliyini itirəcək

Story Code : 381132
Amerikalı nümayəndə: Məskunlaşma fəaliyyəti səbəbindən İsrail yəhudi kimliyini itirəcək
Amerikalı nümayəndə: Məskunlaşma fəaliyyəti səbəbindən İsrail yəhudi kimliyini itirəcək
İndik cümə axşamı günü Vaşinqton Universitetində ənənəvi olaraq təşkil edilən Yaxın Şərq Siyasəti forumunda çıxış edərək deyib: “Əgər siz İsrailin gələcəyi haqqında fikirləşirsinizsə və mən bilirəm ki, sizlərdən əksəriyyəti bunu fikirləşir necə ki, mən də fikirləşirəm, bu zaman məskunlaşma fəaliyyətinin acı nəticələrini başa düşməliyk, məxsusən də danışıqların getdiyi bir vaxtda. Bu İsrailin yəhudi kimliyini təhlükə altına qoya bilər.”

ABŞ-ın vasitəçiliyi ilə təşkil edilən danışıqlar keçən ay İsrailin məskunlaşma fəaliyyəti və onun fələstinli məhbusları azad etmək təklifini rədd etməsi səbəbindən iflasa uğradı.
İndik qeyd edərək bildirib ki, İsrailin danışıqların sonuncu mərhələsi zamanı yeni məskunlaşma fəaliyyətini dayandırmaqdan imtina etməsi dağıdıcı zərbə effekti verdi və bu da düşünlülmüş bir hadisə idi.

İndik deyib: “Mən sizə ilk baxışdan deyə bilərəm ki, bunun çox pis nəticəsi oldu. Yeri gəlmişkən danışıqların bu cür nəticələnməsi əvvəlcədən planlaşdırılmışdır.”
İndiksin bu açıqlaması ABŞ dövlət katibi Con Kerrinin keçən ay Fələstin ilə danışıqların iflasa uğrayacağı təqdirdə İsrailin işğalçı dövlət statusu alacağı ilə xəbərdarlıq etməsindən sonra gəldi.

Bu arada Fələstin hökumətinin fəaliyyətdə olan rəhbəri Mahmud Abbas cümə axşamı günü deyib ki, İsrail məhbusları azad edəcəyi və məskunlaşma fəaliyyətini donduracağı təqdirdə danışıqları davam etdirəcək.
İşğal edilmiş Qərb Sahilinin Ramallah şəhərində ABŞ milli təhlükəsizlik müşaviri Suzan Rays ilə görüşən Mahmud Abbas bir daha 1967-ci ildə işağl edilmiş Fələstin torpaqlarında paytaxtı Qüds olan Fələstin dövlətinin yaradılması fikrinə sadiq qaldığını bildirib.
Source : Islamtimes
Comment