0
Friday 9 May 2014 - 20:58

ABŞ: İsrail ona xərclənən hər bir dollara layiqdir

Story Code : 381153
ABŞ: İsrail ona xərclənən hər bir dollara layiqdir
ABŞ: İsrail ona xərclənən hər bir dollara layiqdir
Bir sıra yüksək vəzifəli ABŞ rəsmiləri ilə birlikdə İsraildə səfərdə olan Rays bu açıqlamanı İsrailin mərkəzində Palmahim hərbi hava bazasını ziyarət edərkən deyib. Onun bu səfərindən məqsədi Vaşinqtonun Tel Əviv rejimi ilə hərbi əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıyır.
O deyib: “Burada heç bir şübhə ola bilməz. Amerikanın İsrailin təhlükəsizliyinə diqqəti danılmaz və inkar edilməzdir.”

Rays deyib: “Bizim iki xalqımız tarix və dəyər eynilikləri bağlılığından əbədi olaraq bir yerdə olacaqlar. İsrail xalqını terror etmək üçün raketlərin qarşısını almaq, regionda mövcud olan ballistik raket hücumundan müdafiə etmək və s. kimi təhlükələr də daxil olmaqla İsrailin təhlükəsizliyi üçün sərf edilən hər bir ABŞ dolları buna dəyər.”

ABŞ prezidentinin baş milli təhlükəsizlik müşaviri hərbi bazada olarkən deyib: “Vaşinqton və Tel Əviv bu yaxınlarda Dəmir Qübbə raketdən müdafiə sistemini daha da təkmilləşdirmək üçün razılıq imzalayıblar.”

O deyib ki, yeni razılıq bizim bütün yardım paketimiz olan təxminən 900 milyon dolların hamısının Dəmir Qübbə sisteminə sərf edilməsini nəzərdə tutur.
İsrail hər il ABŞ-dan milyardlarla dollar müqabilində yardım alır. 2007-ci ildə Tel Əviv və Vaşinqton arasında imzalanmış və 10 il müddətində qüvvədə olacaq razılaşmaya əsasən hər il ABŞ vergi ödəyicilərinin 30 milyard dollar pulu İsrailə veriləcək.

Halhazırkı yardım paketi İsraili ABŞ-dan dünyada ən çox hərbi yardım alan ölkə edib.
Ancaq buna baxmayaraq Tel Əviv Yaxın Şərqdə mövcud olan bir sıra münaqişlərə səbəbindən təhlükəsizliyi daha da artırmaq üçün ABŞ-dan daha çox yardım tələb edir.

ABŞ prezidenti Barak Obama ABŞ-ın İsrailə olan yardımının artırılması üçün müraciət edib. Həmçinin ABŞ-ın bir sıra yerli və hərbi xərclərə kəsirlər etməsinə baxmayaraq İsrailə olan yardımı olduğu kimi qalıb.
Source : Islamtimes
Comment