QR CodeQR Code

İraqda ard-arda partlayış: 11 ölü

13 May 2014 09:49

IslamTimes - İraqın paytaxtında müxtəlif vaxtlarda iki bomba partlayışı meydana gəlib.


ANS PRESS-in məlumatına görə, İraqın paytaxtı Bağdadın şimalında iki müxtəlif bomba yüklü avtomobillər vasitəsilə partlayışlar həyata keçirilib.
Birinci partlayış Bağdadın şimalındakı ət-Tarimiyyə bölgəsindəki bombalı hücumda 5 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
İkinci hücum isə Bağdadın şimalında əş-Sab bölgəsinin əs-Sihha məhəlləsindəki bir çayxana yaxınlığında baş verib. Burada da 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
Məsələ ilə bağlı rəsmi bir açıqlama verilməyib.
Ümumilikdə, təşkil edilən bu hücumlarda 11 nəfər ölüb, 24 nəfər isə yaralanıb.


Story Code: 381887

News Link :
https://www.islamtimes.org/az/news/381887/iraqda-ard-arda-partlayış-11-ölü

Islam Times
  https://www.islamtimes.org