QR CodeQR Code

Müsəlman qadına 86 il həbs cəzası verildi

25 Sep 2010 18:07

IslamTimes - Əfqanıstanda “Amerikaya ölüm” şüarı səsləndirdiyinə görə məhkum edilən 38 yaşlı Afiyə Siddiqiyə 86 il həbs cəzası verilib.


Bu hökm dünya müsəlmanlarının etirazına səbəb olub.
İran mediasının türk mənbələrinə istinadən verdiyi xəbərə görə, ABŞ müsəlman alim və hafiz Afiyə Siddiqiyə ədalətsiz olaraq 86 il həbs cəzası verib. Onun günahı yalnız əlində silah tutaraq “Amerikaya ölüm” şüarı verməsi olub. Amrikalılar isə iddia edir ki, o, ABŞ rəsmilərini qətlə yetirmək istəyib.
Afiyə Siddiqinin məhkəmə prosesini yaxından izləyən pakistanlı senator Təlhə Mahmud Time Turk saytına bildiribdir ki, beynəlxalq aləm ABŞ-ın bu anti-humanist addımlarına son qoymalıdır. Afiyə Siddiqinin macarası bütün dünya, xüsusilə İslam aləmi üçün utancdır. Günahsız olamsı isbat edilən bu qadın tez bir zamanda azad edilməlidir.
Ötən il Atiyə Siddiqi ilə həbsxanada görüşən senator qeyd edibdir ki, onun saxlanma kamerasında tualet və hamam hər tərəfdən açıqdır. Atiyə Quran hafizidir və həmişə də Quran oxuyur. Həbsxana işçiləri ona deyiblər ki, ya ayağını Qurani-kərimin üstünə qoyub tualetə getməlisən ya da ki, səni lüt soyunduracağıq.
Ərəbistan, Pakistan, Küveyt, Misir alimləri fətva verərək 2003-cü ildən Amerika əsarətində olan Afiyə Siddiqinin xilas edilməsinin vacib olmasını deyiblər.
Atiyə Siddiqi ABŞ-ın məşhur MIT universitetinin tibb fakültəsini bitirib, 3 uşaq anasıdır. O, 2003-cü ildə ABŞ cəsusları tərəfindən oğurlanıb. Yalnız 2008-ci ildə onun ABŞ əsarətində olması məlub olub. /HaqqYolu/


Story Code: 38209

News Link :
https://www.islamtimes.org/az/news/38209/müsəlman-qadına-86-il-həbs-cəzası-verildi

Islam Times
  https://www.islamtimes.org