QR CodeQR Code

Mərkəzi Afrika Respublikasında Fransa jurnalisti qətlə yetirilib

14 May 2014 07:38

IslamTimes - Mərkəzi Afrika Respublikasında Fransa jurnalisti Kamiy Lepaj qətlə yetirilib.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Fransua Olland açıqlamasında bildirib.  
O qeyd edib ki, Fransa bütün səylərini qətlin araşdırılmasına yönəldəcək.    
Qeyd edək ki, Kamiy Lepajın cəsədini fransalı hərbçilərinin patrulu aşkarlayıb. Hərbçilər içərisində şübhəli şəxslərin olduğu avtomobili yoxlayarkən maşında jurnalistin cəsədini aşkarlayıblar. Hadisə MAR-ın qərbindəki Buar rayonu ərazisində baş verib.  


Story Code: 382209

News Link :
https://www.islamtimes.org/az/news/382209/mərkəzi-afrika-respublikasında-fransa-jurnalisti-qətlə-yetirilib

Islam Times
  https://www.islamtimes.org