QR CodeQR Code

Siyasi analitik: İsraili müdafiə etmək Amerikanın maraqlarına daxil deyil

İslamtimes , 13 May 2014 17:43

İslamtimes - Siyasi analitik və jurnalist Alan Hart bildirib ki, artıq əksər amerikalılar dərk edir ki, ABŞ-ın İsrailə yardım etməsi və dəstək olması onların maraqlarına daxil deyil.


Cümə axşamı günü “Newsweek” Jeff Steinə məxsus olan xüsusi məlumat dərc edərək bildirb ki, 16 il əvvə İsrail casusu sabiq ABŞ prezidenti Al Qorunun hoteldə olan otağının ventilyasiya borusunda gizlənmişdir və ABŞ rəsmiləri bu haqda məlumat əldə etdikdən sonra dərhal bu hadisənin üstün örtbasdır etdilər.

İki gün əvvəl isə jurnal Jeff Steinin İsrail casuslarının ABŞ-dakə fəaliyyətləri haqqında daha qalmaqallı məqaləsini dərc etdi.

Bazar ertəsi günü Press TV-yə müsahibə verən Hart deyib: “İsrailin casusluğu haqqında bu son açıqlamalar “Newsweek” tərəfindən dərc edilib. Bu onu gəstərir ki, artıq media da daxil olmaqla daha çox amerikalılar anlayır ki, İsraili müdafiə etmək və dəstək vermək Amerikanın maraqları ilə ziddir.”

O əlavə edərək deyib ki, İsrail ABŞ rəsmilərinə casusluq etmir, çünki o heç kəsə etibar etmir, ancaq amerikalı siyasətçilər üzərində mövcud olan təsirini itirməkdən qorxur.
Hart həmçinin deyib ki, İsrailin casusları və yaxudda ki, gizli məlumat toplayan kəşfiyyatı dünyanın hər bir yerində mövcuddur.

“Newsweek” müxbiri Jeff Stein təkid ilə bildirir ki, onun məlumatları faktlara əsaslanır.
“İsrael National News” xəbər agentliyi Steinə istinad edərək deyib: “Fak faktlığnda qalır və bir fakt budur ki, İsrailin ABŞ ilə viza problemi mövcuddur və nəvaxta qədər ki, İsrail bu təcavüzkar və etibarsızlıq əməlindən əl çəkməyib, bu zaman İsrail vətəndaşı vizasız ABŞ-a daxil ola bilməyəcək.”

Stein həmçinin ABŞ kəşfiyyat idarəsində işləyən yüksək rütbəli məmura istinad edərək deyib ki, İsrailin ABŞ-da həyata keçirdiyi casusluq fəaliyyəti artıq qırmızı xətti keçib.


Story Code: 382468

News Link :
https://www.islamtimes.org/az/news/382468/siyasi-analitik-israili-müdafiə-etmək-amerikanın-maraqlarına-daxil-deyil

Islam Times
  https://www.islamtimes.org