0
Friday 16 May 2014 - 09:04

Ərəb Liqasından İsrail rejiminə təzyiq çağırışı

Story Code : 382993
Ərəb Liqasından İsrail rejiminə təzyiq çağırışı
Liqanın qəbul etdiyi bəyanatda sionist İsrail rejimi həbsxanalarındakı "administrativ məhbus" fələstinlilərin aclıq aksiyasının 21-ci gününə daxil olduqları xatırladılaraq bildirilir: "İsrail rejimi həbsxana səlahiyyətliləri məhbus fələstinliləri təcrid edir, vəkilləriylə görüşmələrini maneə törədir və onlara qarşı sərt əməliyyatlar tətbiq edir.
Ərəb Liqası olaraq inzibati həbs tətbiqindən imtina etməsi üçün beynəlxalq ictimaiyyətdən İsrail rejiminə təzyiq etməsini tələb edirik".
Bəyanatda fələstinli məhbusların başladığı aclıq aksiyasının İsrail rejiminə qarşı mübarizə tarixində yeni bir səhifə açdığı ifadə edilərək, sionist rejim həbsxanalarında 19-u qadın, 200-ü uşaq, təxminən 5.000 fələstinli məhbus olduğu ifadə edilir.  /Deyerler/
Comment