QR CodeQR Code

Ruhani Çinə səfər edəcək

16 May 2014 09:28

IslamTimes - İran prezidenti Həsən Ruhani gələn həftə Çin Xalq Respublikasının sədri Si Tszinpinanın dəvəti ilə bu ölkəyə səfər edəcək.


Ruhaninin Çinə səfəri may ayının 20-dən 22-nə kimi davam edəcək. İranın prezidenti  Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin konfransına (CICA) qatılacaq. Həmin konfransda Rusiya prezidenti Vladimir Putin və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun da iştirak edəcək.
 
Qeyd edək ki,  Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) 4 ildə bir dəfə keçirilir. Sözügedən konfransda İran, Misir, Çin, Rusiya, Əfqanıstan, Türkiyə, Tayland və s. ölkələrdə iştirak edirlər.  /Deyerler/


Story Code: 382994

News Link :
https://www.islamtimes.org/az/news/382994/ruhani-çinə-səfər-edəcək

Islam Times
  https://www.islamtimes.org