QR CodeQR Code

RF XİN: İran və "altılığ"ın yanaşmaları bir müstəvidə yerləşir

16 May 2014 13:26

IslamTimes - Beynəlxalq vasitəçilərin "altılığ"ı və İran ölkənin nüvə probleminin nizamlanması üzrə hərtərəfli sazişin hazırlanmasına "bir müstəvidə" baxırlar.


Trend RİA Novosti agentliyinə istinadən bu barədə jurnalistlərə Rusiya nümayəndə heyətinin rəhbəri, RF xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
 
"Qrupun ("altılıq") və İran nümayəndə heyətinin yanaşmalarının bir müstəvidə olması çox ruhlandırır. Ümid var ki, sənədin strukturu, onun kompozisiyası, tərkib hissələri son nəticədə uyğunlaşdırılacaqdır. Yəni biz bir ümumi özülünü alacağıq. Lakin bundan sonra biz hələlik irəli çəkilməmişik", - Ryabkov deyib.
 
Danışıqların indiki, dördüncü raundu mayın 16-də başa çatmalıdır.
 
İranın Xarici İşlər nazirinin müavini Abbas Əraqçının bundan öncə bildirdiyinə görə, iyun ayında danışıqların daha iki və iyulda da bir raundun keçirilməsi gözlənilir. Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya "altılığa" daxildirlər.


Story Code: 383007

News Link :
https://www.islamtimes.org/az/news/383007/rf-xin-iran-və-altılığ-ın-yanaşmaları-bir-müstəvidə-yerləşir

Islam Times
  https://www.islamtimes.org