QR CodeQR Code

ABŞ-dan Rusiya silahlarına embarqo

16 May 2014 19:02

IslamTimes - ABŞ Senatı Rusiya istehsalı olan silahlara embarqo qoyulması barədə qanun layihəsini müzakirə edir.


ANS PRESS-ın məlumatına görə, bu gün ABŞ Senatına Amerika şirkələri ilə Rusiyanın “Rosoboroneksport”şirkəti arasında imzalanmış müqavilələrin ləğv edilməsi və bu şirkətlə yeni anlaşmaların imzalanmamasını özündə əks etdirən qanun layihəsi təqdim edilib.
 
Qanun layihəsinə “Rusiya silahlarına embarqo tətbiq edilməsi haqda akt”adı verilib. Layihədə həmçinin nəzərdə tutulub ki, ABŞ şirkətləri təkcə“Rosoboroneksport” şirkəti ilə deyil, eyni zamanda Rusiya silahlarını alan digər ölkələrin şirkətləri ilə də əməkdaşlığa son qoymalıdır.
 
Senatda keçirilən iclasda bildirilib ki, qanun layihəsi Ukrayna hadisələrinə görə Rusiyaya qarşı təzyiqləri artımaq məqsədilə hazırlanıb.


Story Code: 383166

News Link :
https://www.islamtimes.org/az/news/383166/abş-dan-rusiya-silahlarına-embarqo

Islam Times
  https://www.islamtimes.org