0
Monday 27 September 2010 - 08:54

İran ABŞ-da Quranın üç milyon nüsxəsini yayacaq

Story Code : 38326
İran ABŞ-da Quranın üç milyon nüsxəsini yayacaq
İran ABŞ-da Quranın üç milyon nüsxəsini yayacaq
ABŞ-da yandırılan üç Quran nüsxəsi əvəzinə orada ingilis dilində müqəddəs kitabın üç milyon nüsxəsi çap edilərək yayılacaq. Bu barədə İran Mədəniyyət Nazirliyi nəzdində Quranın öyrənilməsi və populyarlaşdırılması Mərkəzinin rəhbəri Həmid Məhəmmədi deyib. Xəbəri "İQNA" informasiya agentliyi yayıb.
Sentyabrın 11-də Tennesi ştatında rahib Bob Old öz köməkçisi ilə birlikdə Quranı yandırıb. Bu iki rahib Qurandan başqa, İslam peyğəmbərinin adı çəkilən daha bir kitabı yandırblar.
Comment