0
Saturday 17 May 2014 - 14:06

Nüvə danışıqları iflasa uğrayacağı təqdirdə əsas itirən tərəf ABŞ olacaq

Story Code : 383803
Nüvə danışıqları iflasa uğrayacağı təqdirdə əsas itirən tərəf ABŞ olacaq
Nüvə danışıqları iflasa uğrayacağı təqdirdə əsas itirən tərəf ABŞ olacaq
Şənbə günü İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri Əlaəddin Burucerdi deyib: “ABŞ bilməlidir ki, əgər nüvə danışıqlarından heç bir nəticə əldə edilməsə, bu zaman İslam Respublikası Nüvə Silahı Yayılmama Razılığı çərçivəsində və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qanunları daxilində öz nüvə texnalogiyasını inkişaf etdirməyə davam edəcək.”

O əlavə edərək deyib: “Praktiki cəhətdən danışıqların iflasa uğrayacağı təqdirdə ABŞ ən böyük itirən tərəf olacaq, çünki bu mərhələnin nəticə verməsinin qarşısını alan yeganə tərəf amerikalılar oldu.”

Millət vəkili İranın danışıqlarda müzakirələr aparan qrupu İran xalqının nüvə hüquqlarını müdafiə etdikləri üçün alqışlayıb.

Burucerdi bildirib: “Ölkəmizin danışıqlar aparan komandası tək Amerikanın həddən artıq tələbləri qarşısında təslim olmadılar, həmçinin İslam Respublikasının mövqeyini güclü siyasət və sübutlar ilə müdafiə etdilər.”

İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və üstəgəl Almaniya cümə günü Vyanada nüvə danışıqlarının dördüncü mərhələsinə xitam vurdular.
İran deyib ki, ölkənin nüvə enerji proqramı üzərində razılığa gəlinməsi haqqında heç bir real razılıq əldə edilmədi.

Cümə günü danışıqlar başa çatdıqdan sonra İranın müzakirə komandasının rəhbəri və xarici işlər nazirinin beynəlxalq əlaqələr üzrə müavini Seyyid Abbas Əraqçı mütbuat konfransı təşkil edərək deyib: “İyun ayında hələ bir-iki danışıqlar olacaq. Danışıqlar davam edəcək.”

Günün əvvəlində İran nüvə müzakirələri komandasına yaxın olan rəsmi Qərbi danışıqlarda həddən artıq tələblər irəli sürməkdə tənqid edib.
Source : Islamtimes
Comment