QR CodeQR Code

“Müharibə başlasa, NATO Baltikyanını qoruya bilməyəcək”

Axar , 19 May 2014 09:12

İslamtimes - “Der Şpigel” Ukrayna ətrafında cərəyan edən hadisələrə həsr edilən təhlil dərc edib.


Alman qəzeti NATO-nun hazırladığı ənənəvi həftəlik təhlilə istinad edərək müəyyən paralellər aparıb.

Alyansın sonuncu hesabat yazısında Rusiyanın hərbi müdaxilə ilə bağlı gedişlərinin quruma üzv ölkələrin hər birinə təhlükə yaratdığı qeyd olunur. Bildirilir ki, əgər Rusiya müharibəyə başlayarsa, adi silahlarla Estoniya, Litva və Latviyanı müdafiə etmək qeyri-mümkün olacaq.

“Der Şpigel” yazır: “Elan etmədən Rusiyanın müharibəyə başlamaq cəhdləri ümumi Avroatlantik məkana təhdiddir, bu addımlar təhlükə yaradır. Rusiya qısa müddət ərzində dünyanın istənilən məkanında lokal və geniş miqyaslı münaqişə ocaqları yaratmaq gücündədir. Odur ki, NATO Avropada adi silahlardan istifadə etmək proqramına yavaş -yavaş məhdudiyyət qoymağa başlayıb". /axar/


Story Code: 383945

News Link :
https://www.islamtimes.org/az/news/383945/müharibə-başlasa-nato-baltikyanını-qoruya-bilməyəcək

Islam Times
  https://www.islamtimes.org