QR CodeQR Code

İranlı admiral: BƏƏ gəmilərimizi yoxlamağa cürət etməz!

IRIB , 27 Sep 2010 19:52

İslamtimes - İran İslam Respublikası dəniz qüvvələrinin komandanı İranda müqəddəs müdafiə həftəsinin 5-ci günündə deyib : Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) İran gəmilərini təftiş etmək cürətinə malik deyil.


MEHR xəbər agentliyinə müsahibə verən İİR ordusunun dəniz qüvvələrinin komandanı admiral Həbibullah Səyyari BƏƏ-nin Amerikadakı səfirinin bu ölkənin bir neçə İran gəmisini yoxlaması haqda iddialarına cavab olaraq deyib : İİR ordusunun dəniz qüvvələri Birləşmiş Ərəb Əmirliklərinə İran gəmilərində yoxlama aparma icazəsi verməyəcək.

İran ordusunun dəniz qüvvələrinin Fars Körfəzinə tam şəkildə nəzarət etdiyini bildirən admiral Səyyari sonra deyib : Bu qüvvələr müqəddəs İİR qoruluşun mənafeyini müdafiə etmək üçün tam hazır vəziyyətindədirlər.


Story Code: 38420

News Link :
https://www.islamtimes.org/az/news/38420/iranlı-admiral-bəə-gəmilərimizi-yoxlamağa-cürət-etməz

Islam Times
  https://www.islamtimes.org