0
Monday 27 September 2010 - 20:11

Azərbaycan R. ordusunun bir əsgəri şəhid olub

Story Code : 38422
Azərbaycan R. ordusunun bir əsgəri şəhid olub
Azərbaycan R. ordusunun bir əsgəri şəhid olub
Frans Pressin Bakıdan verdiyi məlumata əsasən Az . R-nın Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlu deyib : Bu ölkə ordusunun bir hərbi qulluqçusu dünən bazar günü Ermənistanla Az.R ordu qüvvələri arasında baş vermiş toqquşmada şəhid olub.

Qarabağ məntəqəsində azəri və erməni qüvvələri arasındakı toqquşmalar son aylarda şiddətləndirib.

Az.R və Ermənistan rəsmiləri Nyu-Yorkda BMT-nin Baş Assambleyasının illik sessiyasında qarşı tərəfi atəşkəsi pozmaq və bu məntəqədəki gərginliyi genişləndirməkdə ittihamlandırıblar.

Az.R prezidenti İlham Əliyevin Ermənistanı Qarabağ böhranının sona çatdırılması üzrə müzakirələrdən imtina etməkdə ittiham etdiyi bir halda , Ermənistanın xarici işlər naziri Eduard Nalbəndiyan rəsmi Bakını atəşkəs razılaşmasının müddəalarını pozmaqla məntəqədə gərginliyi genişləndirməkdə ittiham edib.

Bu il tərəflər arasında baş vermiş toqquşmalarda iki ölkə qüvvələrindən ən azı 18 nəfər həlak olub.

Beynəlxalq vasitəçilər və Qərb diplomatları son həftələr Az.R ilə Ermənistan qüvvələri arasındakı toqquşmaların şiddətlənməsindən nigaranlıq ifadə ediblər.
Source : IRIB
Comment