0
Tuesday 28 September 2010 - 06:11

BMT Azərbaycana qarşı Ermənistanla əlbir olub

Story Code : 38427
BMT Azərbaycana qarşı Ermənistanla əlbir olub
BMT Azərbaycana qarşı Ermənistanla əlbir olub
“Qoşunların təmas xətindən snayperlərin yığışdırılması münaqişənin tam həlli deməkdirmi? Ola bilsin ki, bu, təklif kimi maraqlı təsir bağışlasın. Ermənilər dəfələrlə müxtəlif səviyyələrdə bu məsələni qaldırıblar. Bu da bir hiylədir. Snayperləri daha çox işə salan da məhz Ermənistanın özüdür”. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu bildirib.
BMT-nin baş katibi Pan Gi Munun qoşunların təmas xəttindən snayperlərin yığışdırılması barədə bəyanatı ilə bağlı APA-nın sualına cavab olaraq E.Sabiroğlu daha sonra bunları deyib: “Gəlin görək, snayperləri yığışdırmaqla təcavüzkar haqsız iddialarından geri duracaqmı, yaxud işğal etdiyi Azərbaycan ərazilərini azad edəcəkmi? Əsas problem bundan ibarətdir. Tutalım, sabah bu təklif həyata keçdi və snayperlər təmas xəttindən yığışdırıldı. Bu o demək olacaqmı ki, başqa silahlardan atəş səsləri eşidilməyəcək? Təkcə son bir ayda iriçaplı silahlardan - avtomat və pulemyotlardan, qumbaraatanlardan erməni hərbçilərinin təmas xəttinin qarşı tərəfinə atəş açdıqları hal dəfələrlə qeydə alınıb. Hətta həmin silahlardan mülki əhaliyə qarşı da mütəmadi istifadə olunub. Deməli, ilk növbədə çalışmaq lazımdır ki, Ermənistan işğalçı siyasətindən əl çəkərək Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların qətnamə və qərarlarına riayət etsin. Təkcə bununla bağlı BMT-nin 4 qətnaməsi var. Hansına əməl edilib? Əvəzində isə Ermənistan saymazlığını davam etdirir. Bax bunun üzərində düşünmək lazımdır. Elə etmək lazımdır ki, qəbul edilmiş qərar və qətnamələr insanların şüurunda adi bir kağız parçası olaraq qalmasın. Müharibə təhlükəsini aradan qaldırmaq üçün birinci növbədə Dağlıq Qarabağ problemini yaradan əsas səbəblər ləğv edilməlidir. Bu həm BMT-yə, həm ATƏT-in Minsk Qrupuna, həm də maraqlı dövlətlərə yaxşı bəllidir. Nə qədər ki ciddi təsir vasitələri işə salınmayıb, münaqişənin dinc şəkildə həll edilməsi istiqamətində ortaya atılan yüzüncü vintciklər köməyə çatmayacaq. Ona görə də atəşkəs rejiminin möhkəmləndirilməsini snayperlərin geri çəkilməsi ilə əlaqələndirmək məntiqi baxımdan düzgün deyil”.
Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdükdən sonra təmas xəttində snayperlərin yığışdırılması barədə bəyanatla çıxış edib və deyib ki, bu, atəşkəs rejimini daha da möhkəmləndirər.
Milli.Az
Comment