0
Tuesday 20 May 2014 - 07:46

ABŞ Çin kibertəhlükəsinin artmasından narahatdır

Story Code : 384305
ABŞ Çin kibertəhlükəsinin artmasından narahatdır
APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin nümayəndəsi Cey Karni bəyan edib.
“Çində kompüter texnologiyaları vasitəsilə, yerli hökumətin dəstəyi ilə ticarət sirləri və biznes-məlumatlar oğurlanır. Bunu prezident Obama açıq şəkildə Çin rəsmilərinə bildirib. Buna baxmayaraq, biz həmişəki kimi, Çinlə konstruktiv əlaqələrin qurulmasında maraqlıyıq və bu kimi halların qarşısının alınması üçün birgə çalışmağa hazırıq”, - deyə Karni bildirib.
Bundan əvvəl, ÇXR Xarici işlər nazirliyi Çin hərbçilərinə qarşı kibercasusluq ittihamını rədd edib.
Comment