QR CodeQR Code

Fətullah Güləndən 10 min dollarlıq YARDIM

20 May 2014 10:17

IslamTimes - “Gülən camaatı” hərəkatının lideri Fətullah Gülən Soma faciəsi üçün başladılan yardım kampaniyasına qoşulub.


Virtualaz.org-ın məlumatına görə, F.Gülən “Kimse yokmu” dərnəyinin Somada baş verən dəhşətli mədən faciəsindən və Bosniya-Herseqovinada yaşanmış təbii fəlakətlərdən zərər çəkənlərə yardım üçün başlatdığı kampaniyasına dəstəyini ifadə edib.
F.Gülən Soma və Bosniya-Herseqovinanın hər birinə 5 min dollar olmaqla 10 min dollar yardım edib.
Türkiyənin "Zaman" qəzetində F.Gülənin Soma faciəsi ilə bağlı dediyi fikirlər də yer alıb: “Könül lazımi tədbirlərin görülməsini və bu acı hadisənin heç olmamasını istəyərdi. Təəssüf ki, olan oldu və millət olaraq dərindən sarsıldıq. Artıq yaraları sarmaq, bundan sonrası üçün ibrət almaq və eyni acıları yenidən yaşamamaq üçün gərəkli olan işləri görmək lazımdır”.
F.Gülən ölənlərin şəhid olub-olmaması haqda isə bildirib ki, bir insanın şəhid olmasında önəmli faktor onun imanıdır.


Story Code: 384311

News Link :
https://www.islamtimes.org/az/news/384311/fətullah-güləndən-10-min-dollarlıq-yardim

Islam Times
  https://www.islamtimes.org