0
Wednesday 21 May 2014 - 13:41

Rusiya və Çinin 400 milyard dollarlıq sazişi

Story Code : 384641
Rusiya və Çinin 400 milyard dollarlıq sazişi
ANS PRESS-in məlumatına görə, bu haqda Çində səfərdə olan Rusiya prezidenti Vladimir Putin çinli həmkarı Si Cinpinlə danışıqlardan sonra deyib. Onun sözlərinə görə, danışıqlar yekun mərhələdədir və müzakirələr davam edəcək.
Qeyd edək ki, iki ölkə bu qaz sazişi üzərində 10 ildən çoxdur ki, işləyir. 30 ili əhatə edəcək sazişin razılaşdırılması qiymət üstündə uzanır.
“Qazprom” şirkətinin bildirdiyinə görə, saziş imzalanmaq üçün mayın 21-dək hazır olmalıdır, çünki həmin gün Putinin Çinə səfəri başa çatacaq.
Bu arada məlum olub ki, Çin və Rusiya donanmaları birgə təlimlər keçirirlər.
Comment