QR CodeQR Code

ABŞ-İsrail təlimlərindən məqsəd Hizbullahın raket hücumlarından qorunmaqdır

Islamtimes , 21 May 2014 16:34

İslamtimes - ABŞ və İsrail arasında mövcud olan strateji əməkdaşlıq çərçivəsində və Yaxın Şərqdə hərbi üstünlüyü qoruyub saxlamaq məqsədi ilə İsrail və Amerika orduları İsrailə qarşı ola biləcək raket hücumlarının qarşısını almaq qabiliyyətini yoxlamaq üçün bir sıra hərbi manevrlər həyata keçiriblər.


İki Amerika dəniz qırıcılarının da daxil olduğu təlimlərdə həmçinin İsrail ətrafında mövcud olan radar sistemləri də yoxlanılıb.

Təlimlərdə iştirak edən 6000 Amerika ordu qüvvələri ABŞ müdafiə naziri Chuck Hagelin rəhbərliyi altında manevrlər həyata keçiriblər.

İsrailin yalnış təbliğatına baxmayaraq daxili ön cəbhə komandasının rəhbəri general Eyal Eizenberg xəbərdarlıq edərək düşmənin hər hansı bir müharibə zamanı geniş ölçülü raket hücumları həyata keçirərək İsraili dağıtmağa, məhv etməyə çalışacaqlarını bildirib.

Bu xəbərdarlıq ilə əlaqədar olaraq İsrail təhlükəsizliyi və akademik qrumu İsrailin müharibə zamanı ön cəbhədə hazır olub olmaması haqqında sorğu təşkil edib.

Sorğuda iştirak edənlərin əksəriyyəti deyib ki, daxili ön cəbhə İsrail hökumətinin onu bütün ehtiyac duyduğu ləvazimat və vasitələr ilə təchiz etmədiyindən hər hansı bir müharibə zamanı İsraili müdafiə etmək qabiliyyətində olmayacaq.


Story Code: 384869

News Link :
https://www.islamtimes.org/az/news/384869/abş-israil-təlimlərindən-məqsəd-hizbullahın-raket-hücumlarından-qorunmaqdır

Islam Times
  https://www.islamtimes.org