0
Tuesday 20 May 2014 - 17:28

Akademik: ABŞ-ın təhdidləri İranın müdafiə gücünü qüdrətləndirməsini tələb edir

Story Code : 384890
Akademik: ABŞ-ın təhdidləri İranın müdafiə gücünü qüdrətləndirməsini tələb edir
Akademik: ABŞ-ın təhdidləri İranın müdafiə gücünü qüdrətləndirməsini tələb edir
Muhəmməd Mərəndi Press TV-yə müsahibəsində ABŞ-ın İran və altılıq ölkə arasında mövcud olan nüvə danışıqlarının tərkib hissəsi kimi İrandan bütün raket sistemini cilovlamağı tələb etməsi haqqında danışıb.

Mərəndi deyib: “Vaşinqton mütəmadi olaraq İranı hərbi hücum ilə təhdid edir və ABŞ prezidenti Barak Obama da mütəmadi olaraq İranı təcavüzkar fəaliyyət vasitəsilə ölüm və şiddət ilə təhdid edir. Bu səbəbdən də təhdidlərə məruz qalan hər bir müstəqil dövlətin təcavüzə qarşı öz hərbi gücünü artırması çox təbii bir haldır.”

İran əlaqələri üzrə analitik deyib ki, müdafiə gücü İranın suveren haqqıdır və mən fikirləşmirəm ki, müdafiə qüdrətinə sahib olan hər hansısa bir dövlət ona qarşı olan daimi təhdid qarşısında öz müdafiə gücünü bir kənara qoya.

Mərəndi Obamanın İrana qarşı bütün seçimlərin masa üzərində olduğu haqqında açıqlamasına toxunmuş və demişdir ki, Obamanın təhdidindən məqsəd hərbi hücumdur.

Akademik əlavə edərək deyib ki, nüvə danışıqlarında İran tərəfi xeyli güzəştlərə getsə də İran ilə danışıqlar aparan altı dövlət İrana qarşı yeni bəhanələr axtarışındadır.

O deyib: “İranın yolayovuq olması və danışıqlara razı olmasına baxmayaraq ABŞ müvəqqəti nüvə razılaşması imzalanandan sonra belə bütün seçimlərin masa üzərində olduğunu deməklə İranı hərbi təhdid ilə hədələməsi ilə yanaşı İrana qarşı sanskiyaları da genişləndirdi.”

Mərəndi qeyd edərək bildirib ki, İran hətta Qərbin bütün narahatlıqlarını aradan qaldırmaq üçün Ərak ağır su reaktorunu yenidən qurdu.

Mərəndi deyib: “İran hökuməti həqiqətən də inanmır ki, Qərb dövlətlərinin Ərak qurğusundan hər hansı bir qorxuları olsun.”
Source : Islamtimes
Comment