0
Thursday 22 May 2014 - 00:29

ABŞ-dan 400 milyard dollarlıq qaz sazişinə reaksiya

Story Code : 384976
ABŞ-dan 400 milyard dollarlıq qaz sazişinə reaksiya
Məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki bəyan edib. 
Onun sözlərinə görə, enerji – beynəlxalq bazardır və bu bazar çərçivəsində xüsusilə də Çin və Rusiya kimi iri istehlakçı və istehsalçı arasında daim yeni sazişlər imzalanır. Bununla belə, Psaki əlavə edib ki, Vaşinqton Rusiyaya münasibətdə Ukrayna ilə bağlı seçdiyi təzyiq strategiyasına sadiq qalacaq. 
Xatırladaq ki, Putinin Pekinə səfəri çərçivəsində  imzalanan sazişə görə, Rusiya min kub metri 350 dollardan olmaqla 30 il müddətində Çinə hər il 38 milyard kub metr qaz satacaq. /Musavat/
Comment