0
Thursday 22 May 2014 - 12:05

Çin İran və Rusiyaya təhlükəsizlik ittifaqı yaradılmasını təklif edib

Story Code : 385079
Çin İran və Rusiyaya təhlükəsizlik ittifaqı yaradılmasını təklif edib
Çin İran və Rusiyaya təhlükəsizlik ittifaqı yaradılmasını təklif edib
Si bu təklifi Çinin Şanxay şəhərində təşkil edilən Asiya Əməkdaşlıq Konfransının dördüncü sammitində çıxış edərək irəli sürüb.

Si İran prezidenti Həsən Ruhaninin və Rusiya prezidenti Vladimir Putinin iştirak etdiyi sammitdə çıxışı zamanı deyib: “Biz təhlükəsizlik əməkdaşlığını daha da gücləndirməli və yeni regional təhlükəsizlik strukturu yaratmalıyıq.”

Çin prezidenti deyib ki, Asiya xalqları cinayətlərə, kiber təhlükəsizliyə, enerji təhlükəsizliyinə, terrorizim və təbii fəlakətlər kimi mühüm problemləri bir yerdə həll etməlidirlər.

O deyib: “Bizim terrorizm, separatizim və ekstremzimə qarşı sıfır dərəcədə dözümlüyümüz olmalıdır və beynəlxalq əməkdaşlığı möhkəmləndirərək bu üç faktora qarşı mübarizəni gücləndirməliyik.”

Çin prezidenti həmçinin ABŞ-ın Asiyada hərbi mövcudluğuna qarşı xəbərdarlıq etmiş və demişdir: “Üçüncü tərəfə qarşı hərbi aliyans yaratmaq regionda təhlükəsizliyin qorunub saxlanılması üçün heç də düzgün yol deyil.”

Asiya əməkdaşlıq təşkilatı qrupunu 24 ölkə daxildir. Bunlara Əfqanıstan, Azərbaycan, Çin, Misir, Hindistan, İran, Kazaxstan, Qırğızıstan, Pakistan, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Doqquz ölkənin, o cümlədən BMT-də daxil olmaqla dörd beynəlxalq təşkilatın müşahidəçi status var.
Source : Islamtimes
Comment